Rusiyada dəhşətli yanğın - 5 nəfər öldü
9-01-2022, 10:36
144

Rusiyada dəhşətli yanğın - 5 nəfər öldü

Rusiyanın Kostroma vilayətində evdə baş verən yanğın nəticəsində 5 nəfər ölüb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Kostroma vilayətinin Şarya şəhərində Belozerskaya küçəsində taxta ev yanıb. Nazirlik yanğın zamanı evdə 6 nəfərin olduğunu bildirib:
“1987-ci il təvəllüdlü qadın tapılaraq həkimlərə təhvil verilib. Təcili yardım maşınında dünyasını dəyişib. Yanğın söndürüldükdən sonra hadisə yerindən 2 uşaq və 2 kişi meyiti aşkarlanıb”.

Oxşar xəbərlər