KTMT dövlət başçıları Qazaxıstandakı vəziyyətlə bağlı toplanacaq
9-01-2022, 14:05
143

KTMT dövlət başçıları Qazaxıstandakı vəziyyətlə bağlı toplanacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının Qazaxıstandakı vəziyyətlə bağlı videokonfrans formatında görüşü keçiriləcək.
TASS xəbər verir ki, bu barədə Ermənistanın baş naziri, KTMT-nin hazırkı sədri Nikol Paşinyanın mətbuat xidməti məlumat yayıb.
Onlayn konfrans yanvarın 10-na təyin edilib.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təsdiqləyib.

Oxşar xəbərlər