Türkiyədə deputatın terrorçularla şəkilləri üzə çıxdı – FOTOLAR
10-01-2022, 21:42
132

Türkiyədə deputatın terrorçularla şəkilləri üzə çıxdı – FOTOLAR

Türkiyə parlamentinin HDP-dən (Xalqların Demokratik Partiyası) olan deputatı Səmra Gözəlin PKK terror təşkilatının üzvləri ilə bir arada olduğunu əks etdirən fotolar aşkarlanıb.
“Huriyyet” xəbər verir ki, sözügedən fotolar Adıyamanda 2017-ci ildə zərərləşdirilən “Koçero Meleti” kod adlı terrorçu Volkan Boranın telefonundan tapılıb.
Verilən məlumata görə, terrorçu Volkan Bora ilə HDP millət vəkili Səmra Gözəl eyni vaxtda Harran Universitetinin Tibb fakültəsində oxuyublar və burada tanış olublar.
Faktla bağlı Ankara Respublika Prokurorluğunda istintaq aparılır.


Oxşar xəbərlər