Rusiya Qazaxıstandan 2 mindən çox adam evakuasiya edib
12-01-2022, 11:00
136

Rusiya Qazaxıstandan 2 mindən çox adam evakuasiya edib

Rusiya hərbi aviasiyasına məxsus nəqliyyat təyyarələri Qazaxıstandan 2095 nəfəri evakuasiya edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə ümumilikdə 2095 Rusiya və xarici vətəndaş Qazaxıstan Respublikasından ölkəyə gətirilib. Yanvarın 11-də 376 Rusiya vətəndaşı Qazaxıstan Respublikasından Moskvaya hərbi nəqliyyat vasitəsi ilə yola salınıb" ,-  deyə  məlumatda qeyd olunub.  

Oxşar xəbərlər