"Sülhməramlılar mühafizə olunan obyektləri Qazaxıstana təhvil verir"
13-01-2022, 11:29
126

"Sülhməramlılar mühafizə olunan obyektləri Qazaxıstana təhvil verir"

Sülhməramlılar tərəfindən qorunan sosial əhəmiyyətli obyektlərin Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verilməsinə başlanılıb.
Bu barədə  Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. 
“KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri Komandanlığı və Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi tərəfindən hazırlanmış plana əsasən, sülhməramlılar tərəfindən mühafizə olunan sosial əhəmiyyətli obyektlərin ölkənin hüquq-mühafizə orqanlarına verilməsinə başlanılıb”, - deyə nazirlikdən bildirilib.

Oxşar xəbərlər