Ermənistan 3 aylıq hərbi təlimlərə başlayır
13-01-2022, 17:12
287

Ermənistan 3 aylıq hərbi təlimlərə başlayır

Ermənistan hökuməti bu gün ehtiyatda olan hərbçilər üçün üç aylıq hərbi təlimlərin üçüncü mərhələsinin təyin edilməsi barədə qərarı təsdiqləyib.
Təlimlər yanvarın 15-də başlayacaq və aprelin 15-dək davam edəcək.
Təlimlərə sıravi, gizir və zabitlər cəlb olunacaq.
Bildirilib ki, təlimlərin məqsədi ehtiyatda olan hərbçilərin hərbi vərdişlərinin artırılmasıdır.

Oxşar xəbərlər