Dünya
15-01-2022, 11:43
125
Ötən il Rusiya vətəndaşlığı alanlar arasında ermənilər çoxluq təşkil edib
Ötən il Rusiya vətəndaşlığını 667 mindən çox xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxs alıb.
TASS xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, 2020-ci ilin uyğun dövründə isə bu rəqəm 563 min nəfər olub.
"2021-ci ildə Rusiya vətəndaşlığı alanlar arasında Ukrayna, Tacikistan, Qazaxıstan və Ermənistan vətəndaşları çoxluq təşkil edir”, - nazirlikdən bildirilib.
Qeyd olunub ki, ötən ilin ilk 11 ay ərzində 800-dən çox yüksək ixtisaslı əcnəbi Rusiya vətəndaşlığını qəbul edib. 2020-ci ilin uyğun dövründə isə bu rəqəm 950 nəfər olub.