ABŞ-da məktəbdə şagird güllələndi
22-01-2022, 10:32
133

ABŞ-da məktəbdə şagird güllələndi

ABŞ-ın Merilend ştatında şagird digər şagird tərəfindən güllələnib.
Xarici KİV-lər xəbər verir ki, hadisə yerinə çatan hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal binanı mühasirəyə alaraq, cinayətkarın hadisə yerindən yayınma ehtimalını aradan qaldırıblar.
Binada aparılmış axtarışlar nəticəsində cinayəti törətməkdə şübhəli bilinən digər 17 yaşlı məktəbli saxlanılaraq, nəzarət altına alınıb.
Qeyd olunur ki, yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisənin səbəbləri haqqında məlumat verilmir.

Oxşar xəbərlər