Damın qarını təmizləyərkən binadan yıxılan fəhlənin başı qopub
22-01-2022, 19:13
150

Damın qarını təmizləyərkən binadan yıxılan fəhlənin başı qopub

Rusiyanın Samara şəhərində binanın damını qardan təmizləyən 31 yaşlı fəhlə faciəli şəkildə dünyasını dəyişib.

APA xəbər verir ki, yerə düşərkən zərbənin gücündən onun başı qopub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırmalara başlanılıb.

Məlum olub ki, mərhum evin çardağında birgə işləmək üçün digər fəhləni gözləyib. Hadisəyə səbəb isə təhlükəsizlik qaydalarına əməl edilməməsi olub.

Oxşar xəbərlər