Rusiyada koronavirus DƏHŞƏTİ: 24 saatda 57 min adam yoluxdu
22-01-2022, 13:46
124

Rusiyada koronavirus DƏHŞƏTİ: 24 saatda 57 min adam yoluxdu

Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 681 nəfər artaraq 325 433-ə yüksəlib.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, son bir gündə 57 212 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 11 044 986 nəfərə çatıb.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 10 000 577 nəfər sağalıb.

Oxşar xəbərlər