Ermənistan prezidenti ölkədən qaçıb?
24-01-2022, 10:25
281

Ermənistan prezidenti ölkədən qaçıb?

Ermənistan prezidenti Armen Sarkisyan istefa verməzdən əvvəl BƏƏ-də işgüzar səfərdə olub.
Erməni KİV xəbər verir ki, rəsmi bəyanat yanvarın 14-də yayılıb və artıq yanvarın 18-də Ermənistan Prezident Aparatı məlumat verib ki, Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatdıqdan sonra eks-prezident Armen Sarkisyan zəruri tibbi müayinə üçün qısamüddətli məzuniyyətə gedib. 
Məzuniyyətin neçə gün çəkdiyi rəsmən açıqlanmayıb və onun məzuniyyətdən sonra, ümumiyyətlə, Ermənistana qayıdıb-qayıtmayacağı bəlli deyil.
BƏƏ-dəki görüşlərin onun istefa qərarına necə təsir etdiyi və hansı qeyri-rəsmi görüşlər keçirdiyi də bəlli deyil.

Oxşar xəbərlər