Bu şəxslər Ermənistan prezidentliyinə namizəd ola bilər – KİV
24-01-2022, 12:20
1 396

Bu şəxslər Ermənistan prezidentliyinə namizəd ola bilər – KİV

“Parlaq Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan və Ermənistan Xarici İşlər Nazirliyinin hazırkı rəhbəri Ararat Mirzoyan respublika prezidentliyinə namizəd ola bilərlər.
Bu barədə Ermənistanın “168 saat” qəzeti yazıb.
Qəzetlə söhbətində Marukyan deyib ki, vaxtı gələndə seçkilərdə iştirakdan danışmağa başlayacaq, lakin hələlik reaksiya verə bilməz.
Marukyan Ermənistan parlamentinin müxalifətçi deputatı olub, 2017-2019-cu illərdə Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanla birlikdə “Yelk” parlament blokunun üzvü olub. 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində onun rəhbərlik etdiyi “Parlaq Ermənistan” partiyası qanunverici orqana daxil ola bilməyib.
Xatırladaq ki, ötən gün Armen Sarkisyan Ermənistan prezidenti vəzifəsindən istefa verib. “Ermənistan” müxalifət fraksiyasından olan deputat Andranik Tevanyan Sarkisyanın respublikadan kənarda olduğunu bildirib. Bir sıra erməni mətbuatı onun Londonda olduğunu yazır.
Qeyd edək ki, Ermənistanda respublika Konstitusiyasına uyğun olaraq növbədənkənar prezident seçkiləri fevralın ortalarında keçirilə bilər. Respublika prezidenti Milli Məclisin deputatları tərəfindən seçiləcək. Seçim olana qədər isə prezidentin vəzifələrini Ermənistan parlamentinin sədri – Alen Simonyan yerinə yetirəcək.

Oxşar xəbərlər