Məşhur modelyer vəfat etdi
24-01-2022, 12:47
1 550

Məşhur modelyer vəfat etdi

Dünyaca məşhur fransalı modelyer, fotoqraf və "Mugler" moda evinin yaradıcısı Tyerri Müqler dünyasını dəyişib. 
Xarici KİV xəbər verir ki, o, ötən gün 72 yaşında təbii səbəblərdən vəfat  edib. 
Qeyd edək ki, Tyerri 1973-cü ildə klassika və müasirliyin birləşməsinə əsaslanan ilk qadın geyim kolleksiyasını yaradıb. O, 1980-ci ildən etibarən məşhurlaşıb. 1992-ci ildə özünün ətir brendini qurub. O, dünyaca məşhur ulduzların -  Beyons, Ledi Qaqa, İrina Şeyk, Meqan Foksun geyimlərini hazırlayıb.

Oxşar xəbərlər