Britaniya səfirlik əməkdaşlarının bir hissəsini Ukraynadan çıxarır
24-01-2022, 12:57
1 596

Britaniya səfirlik əməkdaşlarının bir hissəsini Ukraynadan çıxarır

Böyük Britaniya Xarici İşlər Nazirliyi Ukraynada vəziyyətin ehtimal olunan gərginləşməsi fonunda Kiyevdəki səfirliyinin əməkdaşlarının bir hissəsini və onların ailə üzvlərini geri çağırmağa başlayıb.
Buna baxmayaraq, səfirlik fəaliyyətini davam etdirəcək.
"Bəzi səfirlik əməkdaşları və onların ailələri Rusiyadan artan təhlükəyə cavab olaraq Kiyevdən çıxarılır. Böyük Britaniya səfirliyi açıq qalır və vacib işləri davam etdirəcək", - məlumatda bildirilir.

Oxşar xəbərlər