Prezidenti tutulan ölkədə hakimiyyət hərbçilərin əlinə keçdi - YENİLƏNİB
24-01-2022, 14:41
7 509

Prezidenti tutulan ölkədə hakimiyyət hərbçilərin əlinə keçdi - YENİLƏNİB

Burkina-Fasoda hərbçilər ölkə idarəçiliyini üzərlərinə götürdüklərini elan ediblər.
"Reuters" xəbər verir ki, bu barədə hərbçilər açıqlama yayıblar.
Onlar keçid hökuməti yaradacaqlarını bildiriblər. Hərbi rəhbərlik Burkina-Fasonun beynəlxalq öhdəliklərinə sadiq qalacaqlarını açıqlayıb.
Qeyd edək ki, yanvarın 24-də Burkina-Fasoda hərbi çevriliş olub. Onlar ölkə Prezidenti Rok Mark Kristian Kaboreni saxlayıblar.
***12:04
Burkina-Fasonın Prezidenti  Roç Kristian Kaborenin bir qrup hərbçi tərəfindən saxlanıldığı bildirilib.
Bu  barədə "Anadolu Agentliyi"  məlumat yayıb. 
Bildirilir ki,  prezidet  iqamətgahı tərəfdə  atışma səsləri eşidilib. Əraziyə çox sayda  hərbi qüvvə toplanılıb.

Oxşar xəbərlər