"Sarkisyan istefa verməzdən 3 saat əvvəl..." - Paşinyan
25-01-2022, 11:02
1 535

"Sarkisyan istefa verməzdən 3 saat əvvəl..." - Paşinyan

"Armen Sarkisyanın istefaya getdiyini elan etməsinə cəmi 3 saat qalmış bildim". 
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə  görə, Ermənistan prezidenti  istefa verməmişdən əvvəl Paşinyanla  telefonla danışıb.  
"Mən prezidentdən soruşdum ki, o, mənimlə məsələni müzakirə edir, yoxsa o, mənə qərar verdiyini xəbər verib? O, bu qərarı verdiyini bildirib. Həmin istefanı qeyd edirəm, motivlərin yetərli olub-olmaması ilə bağlı şərh verməyi məqsədəuyğun hesab etmirəm. Hər bir dövlət məmuru hansı arqumentlər əsasında belə qərarlar verəcəyinə qərar verir”, - Nikol Paşinyan bildirib.

Oxşar xəbərlər