Dünya
25-01-2022, 12:13
1 864
Tokayev Nazarbayevin qudasını işdən çıxardı
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşev tutduğu vəzifədən azad edilib.
Bu barədə Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev fərman imzalayıb.
Digər bir fərmanla Nurlan Abdirov Mərkəzi Seçki Komissiyasının sədri təyin edilib.
Dövlət başçısı həmçinin Nurlan Abdirovun Senatın (parlamentin yuxarı palatası) üzvü kimi səlahiyyətlərinə xitam verib.
61 yaşlı Abdirov 2020-ci il sentyabrın 1-dən Qazaxıstan Senatının sədr müavini vəzifəsində çalışırdı.
Qeyd edək ki, bir sıra KİV-in məlumatına görə, Berik İmaşev Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qohumudur. İmaşevin qızı Aidanın birinci prezidentin nəvəsi Nurəli Əliyevlə evli olduğu bildirilir.