Fransada bir gündə 500 mindən çox insan koronavirusa yoluxdu
26-01-2022, 10:28
1 423

Fransada bir gündə 500 mindən çox insan koronavirusa yoluxdu

Fransada ötən sutka ərzində COVID-19 infeksiyasına rekord sayda yoluxma qeydə alınıb.
Bu barədə "Sante Publique" agentliyi məlumat yayıb.
Son sutka ərzində ölkədə 501 635 xəstəliyə yoluxma faktı aşkarlanıb. Əksər xəstələrdə (təxminən 95%) "omikron" ştamı ilə yoluxma şübhəsi var.
Ümumilikdə, Fransada pandemiyanın başlanğıcından 16,8 milyondan çox yoluxma qeydə alınıb.
Qeyd edək ki, Fransa yoluxma sayına görə dünyada artıq 3-cüdür. Birinci və ikinci yerləri ABŞ və Hindistan bölüşür.

Oxşar xəbərlər