Rusiyada yenidən rekord sayda yoluxma qeydə alınıb
26-01-2022, 12:53
1 794

Rusiyada yenidən rekord sayda yoluxma qeydə alınıb

Rusiyada bir gündə rekord sayda – 74 692 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 12 226 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 657 nəfər artaraq 328 105-ə yüksəlib.
Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 11 315 801 nəfərə çatıb.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 10 099 937 nəfər sağalıb.

Oxşar xəbərlər