Tanınmış fotoqraf küçədə donaraq öldü
26-01-2022, 12:59
1 802

Tanınmış fotoqraf küçədə donaraq öldü

Tanınmış fotoqraf Rene Rober küçədə donaraq ölüb.
Xarici KİV xəbər verir ki, 84 yaşlı Rene Rober Parisdə axşam saatlarında küçədə gedərkən özünü pis hiss edib və yıxılıb. Başından zərbə alan fotoqraf 5 saatdan çox səkinin üzərində qalıb.
Ətrafdan keçən insanlar isə ona yaxınlaşmayıb. Küçədə yaşayan bir kişi ona yaxınlaşdıqda artıq çox gec olub. 
Qeyd edək ki, Rene Rober 1936-cı ildə İsveçrədə anadan olub. O, 1960-cı illərdə Parisə köçüb. Onun flamenko rəqqaslarının fotoları böyük populyarlıq qazanıb.

Oxşar xəbərlər