Zelenski Milli Qvardiyanın komandanını vəzifəsindən azad etdi
28-01-2022, 11:48
1 918

Zelenski Milli Qvardiyanın komandanını vəzifəsindən azad etdi

Ukrayna Milli Qvardiyasının komandanı general-polkovnik Nikolay Balan tutduğu vəzifədən azad edilib.
Bu barədə qərar Prezident Volodimir Zelenski tərəfindən verilib. 
Milli Qvardiya komandanının işdən çıxarılmasına səbəb kimi yanvarın 27-də bir əsgərin 5 hərbçi yoldaşını öldürməsi, 5-ni isə yaralaması göstərilir.
General-leytenant Yuri Lebed Ukrayna Milli Qvardiyasının yeni komandanı təyin olunub.

Oxşar xəbərlər