Dünya
29-01-2022, 14:26
15 833
ABŞ prezidentinə sui-qəsd etmək istəyən şəxs saxlanıldı
ABŞ-ın Kanzas ştatının sakini Skott Merriman prezident Co Baydeni sui-qəsdlə hədələmək ittihamı ilə həbs edilib.
Bu barədə “Daily Beast” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, saxlanılan Skott Merriman deyir ki, guya Tanrı ona Vaşinqtona getməyi və “millətin ürəyindəki ilanın başını kəsməyi” əmr edib.
“New York Post” qəzetinin yazdığına görə, Kanzas polisi əvvəllər Məxfi Xidmətə məlumat verib ki, Merriman onlara zəng edib və “prezidenti görmək” üçün Vaşinqtona yollandığını deyib.
Məxfi Xidmət əməkdaşları Merrimanı Kanzasdan Merilendə gedərkən restoranın avtomobil dayanacağında saxlayıblar.
Onda dolu daraq və hədəfləri müşahidə etmək üçün optik boru aşkar edilib.
Qəzet qeyd edir ki, ona qarşı cinayət işi açılıb.