İranda qəfəsdən çıxan şir işçini öldürdü
31-01-2022, 11:34
1 686

İranda qəfəsdən çıxan şir işçini öldürdü

İranın mərkəzi hissəsində yerləşən Ərak şəhərində şir zoopark işçilərindən birinə hücum edib.
Hadisə 38 yaşlı işçinin şiri yedizdirməyə gəldiyi zaman baş verib. Bu zaman vəhşi heyvan qəfəsdən çıxaraq ona hücum edib.
Nəticədə kişi dünyasını dəyişib.
Müəssisə rəhbərliyi müvafiq tədbirlərin görüldüyünü və heyvanın zooparkın ərazisini tərk etmədiyini bildirib.
Eyni zamanda rəhbərlik şəhər sakinlərindən zooparkın ərazisinə yaxınlaşmamağı xahiş edib. 

Oxşar xəbərlər