Rusiyada bir gündə 124 mindən çox insan koronavirusa yoluxub
31-01-2022, 13:49
1 787

Rusiyada bir gündə 124 mindən çox insan koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 124 070 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Rusiyanın Operativ Qərargahı verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 11 861 077 nəfərə çatıb.
Son sutka ərzində 621 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 331 349 nəfərə çatıb.

Oxşar xəbərlər