Dünya
31-01-2022, 14:49
6 860
Qırıcı təyyarə radardan itdi - Yaponiyada
Yaponiyanın Özünümüdafiə Qüvvələrinə məxsus "F-15" qırıcısı yanvarın 31-də İsikava bölgəsində, Yapon dənizi sahillərində uçuş zamanı radardan itib.
TASS xəbər verir ki, qırcı Komasu bazasından uçub və bundan sonra onunla əlaqə kəsilib.
Məlumata görə, Yaponiyanın Özünümüdafiə Qüvvələrinin 200-ə yaxın "F-15" qırıcısı var. Onlardan əsasən Yaponiyanın dövlət sərhədlərinə yaxın uçan xarici ölkə təyyarələrini müşayiət etmək üçün istifadə olunur.