Moskvada miqrantlar arasında DAVA: 66 nəfər saxlanıldı
31-01-2022, 21:18
7 372

Moskvada miqrantlar arasında DAVA: 66 nəfər saxlanıldı

Moskvanın cənubunda miqrantlar arasında kütləvi dava baş verib.
Xarici KİV xəbər verir ki, şübhəli bilinən 66 nəfər polis şöbəsinə gətirilib. 
“Dünən gecə Vostryakov keçidində, ehtimal ki, travmatik silahdan istifadə edən Tacikistan vətəndaşları arasında kütləvi dava olub. Davada şübhəli bilinən 66 nəfər polisə gətirilib", - deyə  KİV-də  qeyd olunub. 
Onlar barəsində silahdan istifadə etməklə xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. 

Oxşar xəbərlər