Azərbaycan, Türkiyə və İran nümayəndələri Tehranda görüşəcək
31-01-2022, 22:24
7 541

Azərbaycan, Türkiyə və İran nümayəndələri Tehranda görüşəcək

“Yaxın gələcəkdə Tehranda İran, Azərbaycan və Türkiyənin üçtərəfli görüşləri də daxil olmaqla, digər görüşləri də görəcəyik”.
Bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə yerli və xarici ölkədən olan jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.
İran XİN-nin sözçüsü üç ölkə rəsmisinin bir araya gələcəyi dəqiq tarixi açıqlamayıb:
“Görüşün ən yaxın vaxtda baş tutmasına çalışırıq”.
Səid Xətibzadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfərinin vaxtı ilə bağlı suala da cavab verib:
“Bu səfərin tarixi hələ müəyyən edilməyib. Bu məsələ gündəmdədir və biz bu səfəri planlaşdırırıq”.

Oxşar xəbərlər