Ermənistan prezidentinin səlahiyyətlərinə xitam verildi
1-02-2022, 10:57
1 246

Ermənistan prezidentinin səlahiyyətlərinə xitam verildi

Ermənistan prezidenti Armen Sarkisyanın səlahiyyətlərinə xitam verilib. 
Ermənistan parlamentinin spikeri Alen Simonyan eks-prezidentin səlahiyyətlərinə xitam verilməsinə baxılması haqqında protokolu imzalayıb.
"Respublika Prezidentinin istefası haqqında ərizəyə əsasən və Ermənistan Respublikası Konstitusiyasının 142-ci maddəsinin və Milli Prosessual Reqlamentin 147-ci maddəsinin 1-ci hissəsinin, eləcə də 2-ci hissəsinin 2-ci bəndinin tələblərini rəhbər tutaraq Assambleya prezident Armen Sarkisyanı "Prezidentin səlahiyyətləri"nə xitam verilmiş hesab etsin", - protokolda deyilir.

Oxşar xəbərlər