Ermənistan prezidentinin səlahiyyətlərini bu şəxs icra edəcək
1-02-2022, 12:10
1 177

Ermənistan prezidentinin səlahiyyətlərini bu şəxs icra edəcək

Ermənistan parlamentinin spikeri Alen Simonyan prezidentin səlahiyətlərini müvəqqəti olaraq icra edəcək.
O, Konstitusiyaya uyğun olaraq, yeni Prezident seçilənə qədər dövlət başçısının səlahiyyətlərini icra edəcək.
Vitse-spiker Akop Arşakyan isə hələlik spikerin vəzifələrini yerinə yetirəcək.
Qeyd edək ki, Armen Sarkisyan yanvarın 23-də istefa verib. Bu gün spiker Alen Simonyan Sarkisyanın səlahiyyətlərinin dayandırılması ilə bağlı qərar imzalayıb.

Oxşar xəbərlər