Türkiyə terrorçuların silah-sursat anbarlarını vurdu
2-02-2022, 10:23
1 681

Türkiyə terrorçuların silah-sursat anbarlarını vurdu

Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraq və Suriyada kürd yaraqlılarına qarşı hava əməliyyatı keçirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir. 
"Türkiyə Hərbi Hava Qüvvələri PKK/KCK/YPG terrorçularına qarşı “Qış Qartalı” adlı hava əməliyyatı keçirib. Terrorçuların Şimali İraq və Suriyada baza olaraq istifadə etdikləri Derik, Sincar və Karacak sığınacaqları, mağaralar, tunellər, silah-sursat anbarları vurulub.
Qış qartalı əməliyyatı beynəlxalq hüquq normalarına uyğun olaraq, BMT Nizamnaməsinin dövlətin özünümüdafiə hüququnun həyata keçirilməsində hərbi gücə əl atmaq ayrılmaz hüququnu nəzərdə tutan 51-ci maddəsinə uyğun olaraq başlayıb və BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizəyə dair qətnamələri var", - nazirlik əlavə edib.

Oxşar xəbərlər