Bolqarıstan prezidenti karantinə alınıb
3-02-2022, 02:40
7 981

Bolqarıstan prezidenti karantinə alınıb

Bolqarıstan prezidenti Rumen Radev karantinə alınıb.
Bu barədə prezidentin mətbuat xidməti bildirib.
Buna səbəb Bolqarıstan prezidentinin həyat yoldaşı Desislava Radevanın koronavirusa yoluxması olub.
Məlumatda qeyd olunur ki, Rumen Radevin özünün koronavirus testi mənfi nəticələnib. Bununla belə, o, yaxın günlərdə planlaşdırılan görüşlərini təxirə salıb.

Oxşar xəbərlər