Dünya
4-02-2022, 17:15
6 476
Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilir - CANLI
Çinin paytaxtı Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilir.
Tədbir Pekin Milli Stadionunda təşkil olunub.
Mərasimə şef de-mission Anar Bağırovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb. Paradda Dövlət bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq. Azərbaycan heyəti paraddan 42-ci keçəcək. Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova öz məharətini sərgiləyəcək.
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq. Oyunlarda 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayacaq. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapacaq. Koronavirus pandemiyası ilə əlaqədar Oyunları yalnız Çin vətəndaşları izləyə biləcəklər.