Türkiyənin turizm mərkəzində kişini ildırım vurdu – ANBAAN VİDEO
5-02-2022, 12:17
17 398

Türkiyənin turizm mərkəzində kişini ildırım vurdu – ANBAAN VİDEO

Türkiyənin Antalya şəhərində bir kişinin yaxınlığına ildırım düşüb.
 
Nəticədə Belek Turizm Mərkəzində gəzən həmin şəxs ayağından xəsarət alıb. İldırımın çaxdığı anlar təhlükəsizlik kamerasında anbaan əks olunub.
Görüntülərdən bəlli olur ki, yavaş-yavaş dizləri üstünə çökən kişi daha sonra yerə uzanır. O, xəstəxanaya aparılıb, vəziyyəti yaxşı olsa da, ayaqlarında ciddi göyərmələr yaranıb.

Mənbə: TRT Haber

Oxşar xəbərlər