Gürcüstanda koronavirusa 23 134 yeni yoluxma qeydə alınıb
5-02-2022, 13:02
17 263

Gürcüstanda koronavirusa 23 134 yeni yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada daha 23 134 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 17 594 nəfər müalicə olunaraq sağalıb, 33 pasiyent vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 295 505 yoluxma halı qeydə alınıb. Yoluxanların 1 071 560-ı sağalıb, 15 174-ü isə ölüb.

Oxşar xəbərlər