Dünya
8-02-2022, 15:31
7 480
Azərbaycanın Ermənistana qaytardığı hərbçilər istintaqa cəlb olunublar
Azərbaycanın humanizm prinsipini rəhbər tutaraq fevralın 8-də Ermənistana qaytardığı 8 hərbçi barədə İrəvanda istintaq araşdırması başlayıb.
Bu barədə "Joxovurd” qəzeti yazıb.
Məlumata görə, hərbçilərin dindirilməsi 7-8 saat çəkib. Onların valideynləri buna etiraz ediblər və İstintaq Komitəsinin pəncərələrini sındırmağa çalışaraq binaya ziyan vurublar.
Bildirilib ki, İrəvana qayıdan 8 hərbçidən 6-sı artıq sərbəst buraxılıb. Digər iki nəfərin işi isə hərbi polisə tapşırılıb.