Əfqanıstanda məscid yaxınlığında partlayış
11-02-2022, 20:01
8 215

Əfqanıstanda məscid yaxınlığında partlayış

Əfqanıstanın şimal-qərbindəki Badgis əyalətində məscidin yaxınlığında partlayış törədilib.
Hadisə nəticəsində azı 8 nəfər həlak olub. Daha 20 nəfərin yaralandığı deyilir.
Qeyd olunur ki, partlayış sakinlər məsciddən çıxan zaman baş verib.
Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən qrup olmayıb.
Ölən və yaralı sayının artacağı istisna olunmur.

Oxşar xəbərlər