"Kurtlar Vadisi" qayıdır - Necati Şaşmaz açıqladı - VİDEO
14-02-2022, 16:18
7 035

"Kurtlar Vadisi" qayıdır - Necati Şaşmaz açıqladı - VİDEO

"Polat Alemdar" obrazı ilə şöhrət qazanan Necati Şaşmaz ötən gün İbrahim Tatlısəsin qonağı olub.
Milli.Az mynet-ə istinadla bildirir ki, "İbo Show" verilişinə qonaq olan məşhur aktyor müğənni ilə duet oxuyub.
Verilişdə onunla yanaşı Melek Mosso, Yiğit Mahzuni, Hakan Taşıyan, oryantal Didem və Şafak Sezer də iştirak edib.
İllərdir ekranlardan uzaq qalan aktyor Kurtlar Vadisi fanatlarına müjdəli xəbəri bildirib. Onun dediyinə görə yeni serialın hazırlıqları gedir.
"Hazırlıq prosesidir. Ssenarini özüm yazıram", - Necati Şaşmaz söyləyib.

Oxşar xəbərlər