Bu ölkənin keçmiş prezidenti saxlanıldı
16-02-2022, 10:26
1 845

Bu ölkənin keçmiş prezidenti saxlanıldı

Hondurasın keçmiş prezidenti, səlahiyyət müddəti yanvarın 27-də başa çatan Xuan Orlando Hernandez saxlanılıb.
Xarici KİV xəbər verir ki, ABŞ-ın narkotik və silah qaçaqmalçılığı ittihamı ilə ekstradisiya etmək istədiyi Xuan Orlando Hernandez, Ali Məhkəmənin qərarından sonra paytaxt Tequsiqalpadakı evində polisə təslim olub.
 Hernandez sorğu-sual olunmaq üçün polis bölməsinə aparılıb.
ABŞ-ın Tequsiqalpadakı səfirliyi Hernandezin Kolumbiya və Venesuela vasitəsilə ABŞ-a tonlarla kokain göndərdiyini və onun ekstradisiya edilməsinin vacibliyini vurğulayıb.
Honduras Xarici İşlər Nazirliyinin rəsmiləri bildiriblər ki, ABŞ səfirliyi bir siyasətçinin həbsini tələb edib və sorğu Honduras Ali Məhkəməsinə göndərilib.
  • Bu ölkənin keçmiş prezidentisaxlanıldı

Oxşar xəbərlər