Ermənistanda polkovnik-leytenant dövlətə xəyanətdə ittiham edildi
16-02-2022, 13:44
2 003

Ermənistanda polkovnik-leytenant dövlətə xəyanətdə ittiham edildi

Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi bu yaxınlarda 19-a yaxın hərbçinin dövlətə xəyanət ittihamı ilə həbs edildiyini açıqlamışdı. 
Onlar "Facebook" istifadəçiləri tərəfindən cəlb edilərək pul müqabilində casusluqla məşğul olublar. 
KİV-nin məlumatına görə, saxlanılanlardan biri Şirak bölgəsindəndir. Polkovnik-leytenant rütbəli şəxs Şirak rayonunun Pəmzaşen icmasının sakinidir. Digər Pəmzaşen sakini bildirib ki, polkovnik-leytenant 44 günlük müharibə zamanı əsir düşərək evə qayıdan əsirlərdən birinin xalası oğludur. Onun özü də 44 günlük müharibədə iştirak edib, hətta "Şücaət" medalı ilə təltif olunub. 

Oxşar xəbərlər