Fransa vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
20-02-2022, 11:46
9 293

Fransa vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

Fransa Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı həmvətənlərini ölkəni tərk etməyə çağırıb.
"Ukraynada qalmasına əsaslı səbəbi olmayan bütün Fransa vətəndaşlarına ölkəni tərk etmək tövsiyə olunur. Həmçinin bu ölkəyə bütün səfərlərin təxirə salınması da arzuolunandır”, - XİN-dən bildiriblər.
Qeyd edilir ki, Ukraynadakı bütün fransızlar ölkənin şimal-şərqinə səfər etməməlidirlər.
Bundan əvvəl Almaniya və Avstriya xarici işlər nazirlikləri öz vətəndaşlarına Ukraynanı tərk etməyi məsləhət görüb./report
 

Oxşar xəbərlər