Təbrizdə qırıcı təyyarə qəzaya uğradı - VİDEO
21-02-2022, 11:06
1 484

Təbrizdə qırıcı təyyarə qəzaya uğradı - VİDEO

İranın Təbriz şəhərində qırıcı təyyarə qəzaya uğrayıb.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilir ki, İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə şəhərin Moncam bulvarındakı idman kompleksinin ərazisinə düşüb.
İranın fövqəladə hallar xidmətinin sözçüsü Mucteba Haledi qəza nəticəsində bir nəfərin öldüyünün təsdiqləndiyini deyib. "Tasnim" agentliyi isə üç nəfərin həlak olduğunu yazıb.
Qəzanın səbəbləri araşdırılır.



Oxşar xəbərlər