Rusiya Ukrayna sahillərinə döyüş gəmiləri göndərdi
21-02-2022, 12:05
1 831

Rusiya Ukrayna sahillərinə döyüş gəmiləri göndərdi

Rusiya ilə Ukrayna arasında yaranmış gərginlik pik həddə çatıb.
Xarici KİV xəbər verir ki, Rusiya hərbi saytları belə bir arzuolunmaz mənzərə fonunda Moskvanın dəniz qüvvələrini gücləndirdiyini yazıb.
Məqalədə qeyd edilir ki, Rusiya Azov dənizinə ən azı 10 döyüş gəmisi göndərib.
"Bu gəmilər Ukrayna Silahlı Qüvvələrinin Donbasdakı hücumlarının qarşısını almalı olan hərbi texnika və hərbçiləri də göyərtəsində daşıya bilər",- deyə qeyd edilib. 

Oxşar xəbərlər