Güclü qar Yaponiyada həyatı iflic edib - FOTO/VİDEO
22-02-2022, 21:42
8 435

Güclü qar Yaponiyada həyatı iflic edib - FOTO/VİDEO

Yaponiyaya yağan güclü qar qatar və hava nəqliyyatının hərəkətini iflic edib.
Ümumilikdə Yaponiya ərazisində 597 ekspress xidmət da daxil olmaqla 1000-dən çox müxtəlif qatar reysi ləğv edilib.
Pis hava şəraiti 132 hava reysinin ləğv edilməsinə səbəb olub.
Sinoptiklər xəbərdarlıq edir ki, güclü küləklə müşayiət olunan qar hələ bir neçə gün davam edəcək.

 
 

 

 

 


Oxşar xəbərlər