Yaponiya Rusiyaya qarşı sanksiyalar tətbiq etdi
23-02-2022, 11:35
2 104

Yaponiya Rusiyaya qarşı sanksiyalar tətbiq etdi

Yaponiya kökuməti Moskvanın Ukrayna ərazilərində yaradılan separatçı rejimləri tanıması qərarına cavab olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Ölkənin baş naziri Fumio Kişida sanksiyaların ölkə ərazisində Rusiya istiqrazlarının yerləşdirilməsinə qadağa qoyulmasını və bəzi şəxslərin aktivlərinin dondurulmasını nəzərdə tutduğunu açıqlayıb.
Kişida Rusiyanın hərəkətlərinin Ukraynanın suverenliyinin pozulması demək olduğunu qeyd edərək, Moskvanı diplomatik üsullara qayıtmağa çağırıb və vəziyyətin gərginləşəcəyi təqdirdə Yaponiyanın əlavə addımlar atmağa hazır olduğu barədə xəbərdarlıq edib.

Oxşar xəbərlər