Türkiyədə işçiləri aparan avtobus qəzaya uğradı
23-02-2022, 14:43
1 646

Türkiyədə işçiləri aparan avtobus qəzaya uğradı

Türkiyənin Mersin vilayətində işçiləri aparan avtobus qəzaya uğrayıb.
Hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Qəza zamanı avtobusda 16 nəfər olub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, avtobusun sərnişinləri Akkuyu atom elektrik stansiyasının tikintisində fəaliyyət göstərən işçilər olub.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər