Dünya
25-02-2022, 10:42
1 979
Ukrayna kişilərin ölkəni tərk etməsinə icazə VERMƏYƏCƏK
Rusiyanın Ukraynaya hücumlarından sonra ölkədəki mülki insanlar ölkəni və sıx şəhərləri tərk etməyə başlayıb.
Buna baxmayaraq Lvov Gömrük İdarəsinin rəisi Daniil Menşikov 18-60 yaş arası kişilərin Ukraynadan çıxmasına icazə verilməyəcəyini açıqlayıb.
Menşikov ölkədə elan edilən hərbi vəziyyət qaydalarını xatırladaraq, “18-60 yaş arası kişilər buraxılmayacaq. Xahiş edirəm panikaya düşməyin və icazəsiz sərhədləri keçməyin”, - deyə bildirib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi və Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın Ukraynaya hücumundan sonra bütün Ukrayna vətəndaşlarına silah paylanacağını açıqlayıb.