Dünya
25-02-2022, 17:53
6 414
Rusiya Kiyevi qərb tərəfdən mühasirəyə aldı
Rusiya paraşütçüləri Donbası qorumaq üçün xüsusi əməliyyat zamanı Kiyevi qərb tərəfdən mühasirəyə alıblar.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.
Onun sözlərinə görə, fevralın 24-də Rusiya hərbçiləri Kiyev ətrafında yerləşən Qostomel aerodromunun yaxınlığında uğurlu eniş əməliyyatı həyata keçirib. Əməliyyata 200-dən çox helikopter cəlb olunub: "Hazırda hava-desant qoşunlarının əsas qüvvələri Qostomel aerodromunda Rusiyanın desant bölmələri ilə birləşərək Kiyev şəhərini qərbdən bağlayıblar.
Həmçinin, Rusiya hərbçiləri Çerniqovun blokadasını başa vurdular".
Konaşenkov bildirib ki, Rusiya silahlı qüvvələrinin nümayəndələri arasında itki yoxdur.