Kiyev müdafiəçiləri hücum edən rusları  zərərsizləşdirdi: "Hamısını yerə sərmişik"
26-02-2022, 10:33
1 245

Kiyev müdafiəçiləri hücum edən rusları zərərsizləşdirdi: "Hamısını yerə sərmişik"

Ukraynanın paytaxtı Kiyev şəhərini müdafiə edən hərbçilər son vəziyyət haqqında məlumat yayıblar.
UNİAN xəbər verir ki, Ukraynanın Quru Qoşunlarının yaydığı məlumata görə, hazırda paytaxtda sakitlikdir. Gecə ərzində rus qoşunları aktiv şəkildə şəhərə hücum edib.
"Beresteyskaya" metrostansiyası yaxınlığında 101-ci briqada düşmənin hərbi kolonunu məhv edib. Kolonda iki minik avtomobili, iki yük maşını və tanklar var idi. Sakitlikdir. Hamısını yerə sərdik", - deyə məlumatda bildirilir. 

Oxşar xəbərlər