Xarkov “Qrad” atəşinə tutulub: Onlarla ölü, yüzlərlə yaralı
28-02-2022, 15:56
7 353

Xarkov “Qrad” atəşinə tutulub: Onlarla ölü, yüzlərlə yaralı

Rusiya ordusu Xarkovu “Qrad”lardan kütləvi şəkildə atəşə tutub.
“Unian” xəbər verir ki, Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib. Bildirilib ki, atəş nəticəsində onlarla insan həlak olub. Daha yüzlərlə yaralının olduğu qeyd olunub:
“Xarkov “Qrad”lardan indicə kütləvi şəkildə atəşə tutulub. Onlarla ölü və yüzlərlə yaralı var. Bu dəhşəti bütün dünya görməlidir”.

Oxşar xəbərlər