Dünya
28-02-2022, 16:13
7 382
Məşhur ukraynalı rəssamın 25 əsəri yandırıldı
Rusiyanın işğalçı hücumu nəticəsində Kiyevdə İvankiv muzeyi yandırılıb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin açıqlama yayıb.Bildirilir ki, sözügedən muzeydə məşhur ukraynalı rəssam Mariya Primaçenkonun 25 əsəri də yanğın nəticəsində məhv edilib.
Qeyd edək ki, Ukraynanın xalq artisti Mariya Primaçenko 1909-cu il yanvarın 12-də Kiyev vilayətinin Bolotnya kəndində anadan olub, 1997-ci il avqustun 18-də vəfat edib. Rəssam 1977-ci ildə ərsəyə gətirdiyi “İkibaşlı toyuq” əsəri ilə daha da məşhurlaşıb.